Az.shafaqna.com “Mehrnews”ə istinadən xəbər verir ki, İranda mümkün müharibədə iştirak üçün adını könüllülər siyahısına yazdıran ölkə vətəndaşlarının say 31,3 milyon nəfərə çatıb.

Qeyd edilib ki, qeydiyyatdan keçənlərin 60%-ni 20-45 yaşlı şəxslər təşkil edir.

Həmçinin könüllülərin 65 faizini kişilər, 35%-ni isə qadınlar təşkil edir.

Qeyd edilib ki, “İran üçün canım fəda” kampaniyası iranlıların milli kimliyinin dərinliyini dünyaya nümayiş etdirib. Bu könüllülük kampaniyası düşmənin qurduğu bütün planları puça çıxarıb və onun İran xalqı haqqında olan təsəvvürünü dəyişdirib.

Əlavə edilib ki, kampaniya əhalinin bütün təbəqələri tərəfindən dəstəklənib.

Vurğulanıb ki, bu təşəbbüs açıq şəkildə göstərdi ki, xalq milli təhlükəsizliyin əsas dayağıdır və bu kampaniyanın təsiri həm ölkə daxilində, həm də xaricdə böyük rezonans doğurub.

Məlumata görə, proses zamanı İslam İnqilabının Ali rəhbərinin mesajının yayımlanmasından sonra 48 saat ərzində əlavə 6 milyon nəfər də qeydiyyatdan keçib.