
Azərbaycan Basketbol Liqasında final seriyasının daha bir oyunu bu gün keçiriləcək.
“Az.shafaqna.com”un məlumatına görə, “Sabah” və “Abşeron Lions” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Bakı İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək.
Xatırladaq ki, ilk görüşdə “Sabah” qalib gəlib – 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.




























