Yəhudi dilli medialar İsrail əsgərlərinin Livanın cənubunda düşdüyü “bataqlıq” barədə yazırla.

Az.shafaqna.com xəbər verir ki, İsrail mediası İsrail hərbçilərinin Livanın cənubunda düşdüyü “bataqlığı” açıq şəkildə etiraf edir.

Qeyd edilir ki, “hazırda ən çətin və ən qanlı qarşıdurma meydanı Livandır. “Hizbullah” İsrail ordusunun zəif nöqtəsini tapıb”.

Xəbərdə vurğulanıb ki, Livandakı hərbi əməliyyatlarla bağlı suallar getdikcə artır və “Hizbullah”ın, iddia edildiyi kimi, zəifələməsinə və ya geri çəkilməsinə dair heç bir əlamət görünmür.

Bildirilib ki, İsrail ordusunun Cənubi Livandakı fəaliyyəti böyük ölçüdə 2025-ci ildə Qəzzada tətbiq etdiyi taktikaların “kopyala–yapışdır” variantıdır və bu yanaşma xüsusilə yaşayış evlərinin hədəfli şəkildə dağıdılmasına əsaslanır.

Əlavə edilir ki, İsrail ordusundakı artan itkilər ordunun daxilində “Bu məqsəd əsgərlərin pilotsuz uçuş aparatları (PUA) səbəbilə üzləşdiyi böyük riski həqiqətən əsaslandırırmı?” sualını gündəmə gətirib.

Həmçinin mediada yazılır ki, “Livan bataqlığı geri qayıtdı”. Yüksək rütbəli zabitlərin vəziyyətin müharibədən əvvəlki dövrlə müqayisədə daha da pisləşib. Xəbərdə qeyd olunur ki, Hizbullahın fiber-optik sistemlərlə təchiz olunmuş PUA-ları qarşısında yaşanan taktiki uğursuzluq, eyni zamanda təkəbbürdən qaynaqlanan strateji məğlubiyyətlə paralel gedir.