
Az.shafaqna.com xəbər verir ki, Çin ABŞ-ın telekommunikasiya sahəsində tətbiq edə biləcəyi yeni məhdudiyyətlərə cavab verəcəyi ilə hədələyib.
Pekindən qeyd edilib ki, ABŞ yeni məhdudiyyətlər tətbiq edəcəyi təqdirdə, Çin öz şirkətlərini qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
Çin Xalq Respublikasının Ticarət Nazirliyinin açıqlamasında qeyd olunur ki, ABŞ telekommunikasiya sektorunda yeni məhdudiyyətlər tətbiq edərsə, Çin milli şirkətlərin müdafiəsi üçün bütün lazım olan addımları atacaq.
KXR-nin qiymətləndirməsinə görə, ABŞ Federal Rabitə Komissiyası texnoloji neytrallıq prinsipindən imtina edib və “milli təhlükəsizlik” anlayışından sui-istifadə edir. Yeni tədbirlər heç bir sübuta əsaslanmadan Çin və digər ölkələrin şirkətlərini ayrı-seçkiliyə məruz qoyur, həmçinin qlobal elektronika təchizat zəncirlərinin sabitliyini pozmaq təhlükəsi yaradır.
“Əgər Amerika tərəfi öz mövqeyində israr edərsə, Çin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün zəruri tədbirlər görəcək”, — deyə nazirlikdən bildirilib.
Çin Ticarət Nazirliyi Vaşinqtonu səhv praktikalardan dərhal imtina etməyə, bazar qaydalarına hörmət etməyə və müvafiq qərarları ləğv etməyə çağırıb.
Xatırladaq ki, ABŞ tənzimləyicisi Amerika ilə xüsusi razılaşması olmayan ölkələrin test və sertifikatlaşdırma qurumlarının ölkə ərazisində fəaliyyətini qadağan edib. Həmçinin “qara siyahı”ya daxil edilmiş təşkilatları xidmət göstərmək hüququndan məhrum edib.






























