Fars körfəzi regionunun xalqları uzun illər ərzində öz hakimlərinin təcavüzkarlar və zalımlar qarşısındakı sükut və itaətkarlığına öyrəşmişdilər.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İran İslam İnqilabının Ali lideri Ayətullah Müctəba Xamenei bəyan edib.
Lakin, o bildirib ki, son iki ayda həmin xalqlar öz gözləri ilə İran xalqının və ordusunun, iranlı mücahidlərin yadelli hökmranlığı ilə mübarizədə sərgilədiyi qeyrət və qəhrəmanlıqlarının, mətanətinin, ayıq-sayıqlığının və fədakarlığının şahidi oldu.
Ayətullah Xamenei əlavə edib ki, artıq İran Qüdrətli Allahın iznilə və məzlum şəhidlərinin qanı ilə bütün dünyaya və region xalqlarına, hətta həmin ölkələrin sultan və hakimlərinə də sübut etdi ki, qeyri-sabitliyin ən əsas səbəbi xaricilərin, o cümlədən də ABŞ-ın bölgədəki mövcudluğudur. İslam Respublikası həmçinin isbat etdi ki, ABŞ-ın regiondakı hərbi mövcudluğu, həmçinin onun hərbi bazaları və qoşunları nə öz təhlükəsizliklərini, nə də ABŞ-dan asılı olan və ABŞ-ı sevənlərin təhlükəsizliklərini təmin edə bilir.
İranın Ali lideri qeyd edib ki, Fars körfəzi bölgəsinin parlaq gələcəyi ABŞ-sız olacaq və ABŞ-sız gələcək region xalqlarının inkişafı, rahatlığı və tərəqqisinə xidmət edəcək.
O vurğulayıb ki, İran Fars körfəzi və Oman dənizi sularında öz qonşuları ilə eyni “taleyi” bölüşürlər, odur ki, minlərlə km uzaqlıqda ola-ola amansızcasına burada pisliklər törədənlərə burada yer ola bilməz, olsa-olsa, onların yeri ancaq və ancaq bu bölgə sularının dərinlikləridir.
Ayətullah Müctəba Xamenei bəyan edib ki, Allahın mərhəməti ilə İran və müqavimət cəbhəsinin vasitəsilə əladə edilmiş bu qələbə regionda və ümumilikdə dünyada yeni dünya nizamının başlanğıcı olacaq.
