Britaniya əhalisi imkansızlaşır: Qida rasionu azalır

Böyük Britaniyada təxminən üç milyon ailə gündəlik qida rasionunu azaltmağa və daha az ailəvi toplaşmağa məcbur olur. Bu, ölkədə yaşayış xərclərinin artdığı şəraitdə qənaət etmək zərurətindən irəli gəlir.

“Az.shafaqna.com” xəbər verir ki, britaniyalıların 85%-i ərzaq qiymətlərindən narahatdır. Ev təsərrüfatlarının üçdə ikisi qidalanma vərdişlərini dəyişib. 43%-i daha ucuz məhsullar alır, 37%-i supermarketlərdən büdcə malları alır, 31%-i isə endirimli məhsullar alır.

Bu ilin aprel ayında istehlakçı inamının səviyyəsinə də diqqət çəkilib. O, mənfi 62%-ə düşüb ki, bu da 2022-ci ildən bəri ən aşağı göstəricidir.

Bu məqaləni paylaş