
Birinci Qarabağ müharibəsi zamanı ilə əlaqəli kütləvi məzarlıqların sayı açıqlanıb.
Bu barədə “Az.shafaqna.com“a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilir.
Komissiyadan bildirilib ki, indiyədək 32 kütləvi məzarlıq aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Onlardan 309 nəfəri identifikasiya edilib, 220 nəfərin qalıqları ailələrinə təhvil verilib və dəfn olunub.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində 46 nəfərin qalıqları eskumasiya edilib, onlardan 11 nəfəri bu ay ərzində aşkar olunub.






























