Curiç: Serbiya-İsrail münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib

Serbiya ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

Az.shafaqna.com xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç İsrailə səfərinin nəticələrini şərh edərkən bildirib.

O deyib ki, Serbiya, İsrail və ABŞ arasında əməkdaşlıq çərçivəsində geniş əməkdaşlıq imkanları mövcuddur.

Curiç vurğulayıb ki, Qüdsdə Serbiya-İsrail Ticarət Palatası yaradılacaq və bu qurum iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addımdır.

“İsrail Serbiya üçün daha geniş beynəlxalq kontekstdə də vacib tərəfdaşdır”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş