2021-ci ilin yanvar ayında Gürcüstana 3,138 min Azərbaycan vətəndaşı səfər edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,7 dəfə azdır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının məlumatında deyilir.
Ötən il Gürcüstana ən çox Türkiyə (14,5 min nəfər, azalma 5,2 dəfə), Ermənistan (3,875 min nəfər, azalma 23,6 dəfə) və Azərbaycan vətəndaşları (3,138 min nəfər, azalma 39,7 dəfə) səfər edib. Növbəti pillələrdə Rusiya, Özbəkistan, Ukrayna, Qazaxıstan, Belarus, Tacikistan, Fransa, Almaniya, Bolqarıstan, ABŞ və digər ölkələrin vətəndaşları qərarlaşıb.
Bu məqaləni paylaş