
Bu gün Bakıda II Beynəlxalq Xalça Festivalına start verilib.
“Az.shafaqna.com” xəbər verir ki, tədbir mayın 3-nə qədər davam edəcək.
“Azərxalça” ASC-dən bildirilib ki, festivala 19 ölkədən qonaqlar gəlib.
Festival çərçivəsində forum da keçiriləcək: Forumun məqsədi həm yerli, həm də xarici qonaqlar, pavilyon iştirakçıları və spikerlərlə birgə xalçaçılığın sadəcə yeri örtmək məqsədi daşımadığını, onun qədim sənət növü kimi yaşamalı olduğunu vurğulamaqdır. Festival isə xalçanın həm mədəni irs olaraq, həm də iqtisadi baxımdan 21-ci əsrə uyğunlaşdırılması məqsədi ilə keçirilir”.
Əlavə edilib ki, “Azərxalça”nın 11 emalatxanası var: “Həmin müəssisələrdə 500-ə yaxın toxucu çalışır. Onların da 85 %-i kənd yerlərində yaşayan qadınlarıdır. Bu baxımdan unikal təşkilatıq. İşçilərimiz mədəni irsimizi həm qoruyur, həm də yaşadır”.






























