Xarici dövlətlər Gürcüstanda qütbləşməni gücləndirməyə yönəlmiş prosesləri maliyyələşdirməyə davam edir, buna görə də ölkədə vəziyyəti sabitsizləşdirməyə yeni cəhdlər mümkündür.

Az.shafaqna.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, xarici maliyyə cəmiyyət qütbləşməsini dərinləşdirmək və ölkədə qarşıdurmanı təhrik etmək üçün istifadə olunur.

O qeyd edib ki, əvvəllər də vəziyyətin sabitliyini pozmağa cəhdlər olub və gələcəkdə də onların təkrarlanacağını istisna etməyib.

Bununla belə, o vurğulayıb ki, Gürcüstanın hüquq-mühafizə orqanları ölkədə sabitlik və təhlükəsizliyi təmin etmək qabiliyyətindədir.