Az.shafaqna.com-un verdiyi xəbərə görə, Vətəndaşların daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həftəsonu təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq aşağıda adları qeyd olunan ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq:

Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası)

Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası)

Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçəsi arası)

Tarix və vaxt:

01 may saat 23:00-dan 04 may saat 07:00-dək – hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.