Az.shafaqna.com-un verdiyi xəbərə görə, 2025-ci ildə “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə daşınmış yüklərin həcmi 9,289 milyon ton təşkil edib.
Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi xəbər verib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin göstəriciləri ilə müqayisədə 608 min ton və ya 6,1% azdır. Belə ki, 2024-cü ildə “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə yük daşımalarının həcmi 9,897 milyon ton olub.
Qeyd edək ki, ümumilikdə 2025-ci il ərzində nəqliyyat dəhlizləri üzrə dəmir yolu nəqliyyatı ilə 400,7 milyon ton, avtomobil nəqliyyatı ilə 151,7 milyon ton, dəniz nəqliyyatı ilə isə 259,5 milyon ton yük daşınıb.
Bu məqaləni paylaş
