Vaxtı keçən kreditlər 620 milyon manata yaxınlaşıb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, bu ilin aprelin 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 32,313 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 619,6 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cəmi kredit qoyuluşlarının 27,9 milyard manatını milli valyutada kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 524,2 milyon manatının ödəmə vaxtı keçib.

Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,373 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 95,4 milyon manatının ödəmə vaxtı keçib.

Bu məqaləni paylaş