Paşinyan: Azərbaycanlı və erməni biznesmenlər birbaşa əməkdaşlıq edə bilərlər

Artıq Ermənistan və Azərbaycan iş adamlarının məhsul siyahılarını hökumətlər vasitəsilə mübadilə etməsinə ehtiyac qalmayıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, sahibkarlar bundan sonra birbaşa əlaqə quraraq əməkdaşlıq edə bilərlər.

Paşinyan qeyd edib ki, iki ölkə arasında qarşılıqlı tədarük edilən məhsulların çeşidi gələcəkdə daha da arta bilər, lakin bu istiqamətdə hələ konkret razılaşma əldə olunmayıb.

O, həmçinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşən erməni iş adamlarının kimliyini açıqlamayacağını vurğulayıb. Baş nazir bunu həmin şəxslərin müəyyən dairələrin təzyiq və hücumlarına məruz qalmaması ilə əsaslandırıb.

Bu məqaləni paylaş