
Az.shafaqna.com “La Vanguardia”-ya istinadən xəbər verir ki, ispaniyalı diyetoloq Aytor Sançes arıqlama zamanı yumurtadan istifadənin xeyirləri haqda danışıb.
O qeyd edib ki, bu məhsulun heç bir piyyandıran xüsusiyyətinin olmamasına baxmayaraq, onun pəhrizə daxil edilməsi daha az artıq çəki və piylənmə göstəriciləri ilə bağlıdır.
Diyetoloqun sözlərinə görə, zülal qəbulunun artırılması, xüsusilə də qidalandırıcı məhsullardakı zülalların, uzun müddətə doymağa kömək edir. Bu xüsusiyyət isə yumurta da var.
“Beləliklə də ümumi kalori istehlakı azalır”, – deyə mütəxəssis bildirib.
Həmçinin Sançes orqanizmi zəruri qidalandırıcı maddələrlə təmin etmək üçün səhər yeməyində yumurta yeməyi də məsləhət görüb.





























