Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son bir neçə gün ərzində 103 xarici vətəndaşı ölkədən deportasiya edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, ölkədən çıxarılan əcnəbilər Banqladeş, Belarus, Hindistan, İraq, İordaniya, Yəmən, Keniya, Çin, Nigeriya, Nepal, Pakistan, Rusiya, Sudan, Tailand, Türkmənistan, Özbəkistan, Filippin, Efiopiya və digər dövlətlərin vətəndaşları olub. Deportasiya olunanların Gürcüstana yenidən girişi qadağan edilib. Gürcüstan qanunsuz miqrantlarla fəal mübarizə aparır. Parlament miqrasiya qanunlarını sərtləşdirərək deportasiya prosedurlarını və miqrantların yoxlanılması qaydalarını sadələşdirib.

Daxili İşlər Nazirliyi hər ay onlarla xarici vətəndaşın qayda pozuntularına görə ölkədən çıxarıldığını açıqlayır.