Az.shafaqna.com-un verdiyi xəbərə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp 1,5 saatdan çox davam edən növbəti telefon danışığı aparıblar.
Rusiya mediasının məlumatına əsasən, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Putin və Trampın söhbəti səmimi və işgüzar idi. Liderlər iqtisadiyyat və energetika sahələrində qarşılıqlı faydalı layihələrin böyük perspektivləri barədə danışıblar”, – o qeyd edib.
Uşakovun sözlərinə görə, Putin Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi kontekstində Trampa Qələbə Günü müddətində atəşkəs elan etməyə hazır olduğunu bildirib.
“Amerika lideri bu təşəbbüsü dəstəkləyib”, – deyə Uşakov qeyd edib.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin bugünkü telefon danışığı Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıtmasından bəri 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da baş tutmuşdu.
