
Süni intellektin inkişafı “Terminator” filmində olduğu kimi bəşəriyyətin məhvinə gətirib çıxara bilər.
Az.shafaqna.com-un verdiyi xəbərə görə, bu barədə amerikalı milyarder, “SpaceX” şirkətinin sahibi İlon Mask danışıb.
“Biz hər şeyin “Terminator” filmindəki kimi başa çatmasını istəmirik. Cin Roddenberrinin “Ulduz yolu” filmindəki kimi bitməsini istəyirik”, – deyə Mask bildirib.
O qeyd edib ki, onun “Neuralink” şirkəti beyin implantlarının hazırlanması zamanı süni intellekt təhlükəsizliyi prinsiplərinə riayət edir. Sahibkarın sözlərinə görə, tədqiqatlar zamanı “insan və süni intellekt simbiozu” yanaşmasından istifadə olunur.






























