Naxçıvanda duz istehsalı bərpa edilib

Naxçıvanda duzun emalı bərpa olunub.

Az.shafaqna.com xəbər verir ki, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.

Müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.

Xatırladaq ki, duz istehsalı 2025-ci ilin oktyabr ayında dayandırılmışdı.

Bu məqaləni paylaş