Pakistan milli istehsal olan “Fatah-2” reaktiv yaylım atəşi sisteminin uğurlu təlim sınaqlarını keçirib.

Az.shafaqna.com” xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.

Qurumun bildirdiyinə görə, sistemin təsir məsafəsi 400 kilometrə qədərdir. Raket kompleksi müasir naviqasiya avadanlığı və qabaqcıl avionika ilə təchiz olunub.

Sınaqlar zamanı sistemin texniki parametrləri, həmçinin hədəflərin vurulma dəqiqliyini və kompleksin dayanıqlığını artırmaq üçün nəzərdə tutulan ayrı-ayrı alt sistemlərin fəaliyyəti yoxlanılıb.

ISPR-də qeyd olunub ki, bu sınaq Pakistanın raket qoşunlarının döyüş imkanlarını gücləndirməyə yönəlib.

Bundan əvvəl, 2026-cı ildə ölkənin Hərbi Dəniz Qüvvələri dəniz və quru hədəflərini vurmaq üçün nəzərdə tutulmuş, hava bazalı yerli gəmiəleyhinə qanadlı Taimoor raketinin uğurlu buraxılışını həyata keçirmişdi.