Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, çox sayda fanatik yəhudi İsrail polisinin müşayiəti ilə İslam dünyanın müqəddəs məkanlarından biri olan əl-Əqsa məscidinə soxulublar.

Qeyd edək ki, adıçəkilən məbəd İsrailin işğal altında saxladığı Qüds şəhərində yerləşir.

Qüds İslam Fondları İdarəsinin məlumatına görə, 166 fanatik məscid ərazisinə Məğrib qapılarından daxil giriblər.

“Əl-Əqsa” məscidi müəslmanların ilk qibləsidir.

İşğal edilmiş Fələstin torpaqlarından məskunlaşdırılan yəhudi mühacirlər tez-tez adıçəkilən ibadətgahın ərazisinə basqınlar edirlər.

Fanatiklərin İsrail polisinin qoruması altındakı bu cür hərəkətləri fələstinlilərin etirazlarına və nəticədə də toqquşmalara səbəb olur. Üstəlik də bu cür günlərdə fələstinlilərə məscidə giriş ya qadağan edilir, ya da məhdudlaşdırılır.

Əvvəlki məqaləAzərbaycanda vəzifəli şəxs həbs edildi
Növbəti məqalədəİlham Əliyev Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyaya təşəkkür etdi