
Zurab Pataradze Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı postuna təsdiqlənib.
Az.shafaqna.com xəbər verir ki, Acarıstan Ali Şurasının iclasında onun namizədliyi səs çoxluğu ilə qəbul olunub.
Eyni iclasda hökumətin digər üzvləri də təsdiq edilib.
Səsvermədən əvvəl Pataradze çıxış edərək gələcək fəaliyyət proqramını təqdim edib.
Xatırladaq ki, bu vəzifəni əvvəllər tutan Sulxan Tamazaşvili aprelin 21-də Gürcüstanın daxili işlər naziri təyin olunub.
Qeyd edək ki, Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərib. O, bundan əvvəl — 2016–2018-ci illərdə də Acarıstan hökumətinə rəhbərlik edib. Gürcüstan hökuməti onun namizədliyini bu vəzifəyə aprelin 23-də irəli sürmüşdü.





























