
Az.shafaqna.com xəbər verir ki, əvvəllər hesab olunurdu ki, göz quruluşuna görə fənərə bənzəyir. Lakin dünyada məşhur müsəlman alim İbn Sina bu nəzəriyyəni təkzib edə bilib.
“İbn Sina təcrübəli cərrah olaraq insanın ətraflı anatomik təsvirini verib, lakin onun xüsusi töhfəsi baş beyninin fəaliyyətinin tədqiqi və təsviri olub”, — “Ərəb-müsəlman fəlsəfəsinin tarixi” kitabında deyilir.
Bütün kəşflərini İbn Sina 1013–1021-ci illər arasında səkkiz il ərzində üzərində işlədiyi beşcildlik “Tibbin qanunu” kitabında əks etdirib. Burada alim farmakologiya sahəsində topladığı bütün məlumatları dərc edib, ürək və qaraciyəri təsvir edib. Həmçinin taun və vəba, yaxud sətəlcəm və plevrit kimi xəstəliklər arasındakı fərqləri müəyyənləşdirib.
Bundan əlavə, İbn Sina cüzam, diabet və mədə xorasını təsvir edə bilib. İbn Sina tərəfindən təqdim olunan məlumatlar bu günə qədər aktual olaraq qalır. Məsələn, İbn Sina bildirib ki, yoluxucu xəstəliklərin törədiciləri viruslardır. Bu hipotezanı 800 il sonra fransız alimi Lui Paster təsdiqləyib.
“Tibbin qanunu” XV əsrdən etibarən qırx dəfədən çox nəşr olunub. Bu əsər XVIII əsrə qədər Avropanın əksər universitetlərində tədris olunub. Rocer Bekon, Dante Aliqeri, Leonardo da Vinçi, Mikelancelo, Hete kimi alimlərin baxışları İbn Sinanın əsərlərinin təsiri altında formalaşıb.
Qeyd edək ki, Qərbdə “Avisenna” adı ilə tanın İbn Sinanın tam adı belədir: Əbu Əli Hüseyn ibn Abdullah ibn Sina.
























