Bu gün Azərbaycanda ilk dəfə Göz Bankının açılışı baş tutacaq.

“Az.shafaqna.com” xəbər verir ki, bunu Milli Oftalmologiya Mərkəzinin ditektoru Elmar Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycanda gözün buynuz qışasının transplantasiyasının həyata keçirilməsi üçün Göz Bankının yaradılması zəruridir:

“Ötən il Azərbaycanda ilk dəfə meyit donordan gözün buynuz qişası transplantasiya edilib. Bu gün artıq biz Göz Bankının birgə açılışını edəcəyik”.