
Gürcüstan Xarici İşlər Nazirliyi Almaniyanın xarici siyasət qurumuna növbəti dəfə nota təqdim edib.
Az.shafaqna.com xəbər verir ki, bu dəfəki yazılı notada Almaniya XİN-in rəsmi saytında Gürcüstanla bağlı məlumatların yenilənməsi tələb olunur.
Bundan əvvəl Gürcüstan tərəfi Berlindən eyni xahişlə şifahi nota da göndərmişdi.
Xatırladaq ki, Almaniya XİN-in saytında Gürcüstanın prezidenti kimi Salome Zurabişvili, xarici işlər naziri kimi isə İlya Darçiaşvili göstərilir.






























