
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın İtaliya Respublikasındakı səfirliyini ziyarət edib.
Azərbaycanın müdafiə naziri italiyalı həmkarı Quido Krosetto ilə görüşüb.
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanovun da iştirak etdiyi görüşdə ölkələr arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər və perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.






























