Az.shafaqna.com xəbər verir ki, İsrail prezidenti İshaq Hersoq Qazaxıstana gedib.
Paytaxt Astana şəhərində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Hersoq arasında görüş keçirilib.
Onlar bir sıra məsələlər barədə, o cümlədən də Qazaxıstanın “İbrahim sazişi”nə qoşulmaq qərarı barədə danışıblar.
Hersoq Tokayevin dəvəti ilə Qazaxıstana gəlib.
Hersoq digər qazax dövlət rəsmiləri ilə yanaşı, Qazaxıstandakı yəhudi icması ilə də görüş keçirəcək.
Bu məqaləni paylaş
