Az.shafaqna.com xarici mediaya istinadən xəbər verri ki, İraq təhlükəsizlik qüvvələri ötən gün Mosul şəhərində İŞİD terror təşkilatının yüksəkvəzifəli üzvünü ələ keçirə bilib.
Neynəva əyalətinin polisinin məlumatına görə, sözügedən terrorçu Əbu Duccanə Nəhrəvan rayonunda tutulub.
O, 2014-2017-ci illərdə Mosulda İŞİD “kamikadzelərinə” başçılıq edib.
Bundan başqa, Kərkük polisinin mətbuat katibi Əmir Nuri bildirib ki, Leylan şəhərində də həmin gün İŞİD-in iki komandiri həbs edilib.
Bu məqaləni paylaş