FHN: Ötən həftə 136 yanğına çıxış olub

Ötən həftə 136 yanğına çıxış olub.

Bu barədə “Az.shafaqna.com”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən həftə ərzində 136 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 48 nəfər xilas edilib, 9 nəfərin meyiti təhvil verilib

Bu məqaləni paylaş