Norveçli ultra-sağçı terrorçu və 80-ə yaxın insanın qatili Anders Breyvik yenidən şərti olaraq vaxtından əvvəl azad olunmaq üçün məhkəməyə müraciət edib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə islamofob caninin vəkili Oystein Storvik məlumat verib.
İslamofob və irqçi baxışlara sahib Breyvik Norveçin müasir tarixində ən qəddar terrorçu hesab olunur. 2011-ci ilin iyulunda o, Oslo şəhərində hökumət binaları yaxınlığında və Utoya adasında terror aktları törədib, nəticədə 77 nəfər həyatını itirib. Məhkəmə ona cəmi 21 il azadlıqdan məhrumetmə cəzası verib və bu müddətin uzadılması mümkündür.
O, saxlanıldıqdan qısa müddət sonra cinayətləri törətdiyini etiraf etsə də, bununla belə, hələ də özünü günahkar saymır. Terrorçu iddia edir ki, guya “özünümüdafiə” çərçivəsində hərəkət edib və onun ifadəsinə görə, o, bu dəhşətli cinayətlə “norveç mədəniyyətinin süqutunun qarşısını almağa” çalışıb. O, məhkəmə prosesləri zamanı nasist və faşist simvolikalar nümayiş etdirib.
2020-ci ildə Breyvik artıq şərti azadlığa buraxılmaq üçün müraciət etmişdi, lakin məhkəmə bunu rədd etmişdi. 2022-ci ilin əvvəlində o, yenidən vaxtından əvvəl azadlığa çıxmaq istəyi ilə müraciət edib və yenə də rədd cavabı alıb; daha sonra, 2022-ci ilin martında o, “şəraitin dəyişdirilməsi” məqsədilə başqa həbsxanaya köçürülüb.
Qeyd edək ki, o, qaldığı kamerada kompüter və oyun konsulu ilə təmin edilib, həmçinin həbsdə ola-ola universitetə də qəbul olunub.
Daha əvvəl Anders Breyvik iki dəfə şərti azadlığa buraxılmaq üçün müraciət edib və başqa bir həbsxanaya köçürülüb.
