Xəzər dənizində zəlzələ baş verib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 21:09-da qeydə alınan zəlzələnin maqnitudası 4,2 olub.

Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.

Bu məqaləni paylaş