ABŞ-lı milyoner Afrikada ov zamanı faciəvi şəkildə həyatını itirib.

Az.shafaqna.com xəbər verir ki, 75 yaşlı amerikalı iş adamı və ekzotik və nadir heyvanların həvəskar ovçusi Erni Dozio tropik meşədə həmkarı ilə birlikdə ov edərkən qəfil beş dişi fil və balalarından ibarət sürü ilə üz-üzə gəlib.

Təhlükə hiss edən heyvanlar hücuma keçib. Peşəkar ovçu zərbənin təsirindən kənara atılıb, silahını itirib və ağır xəsarətlər alıb. Dozio isə silahlı olsa da özünü qoruya bilməyib və fillərin hücumu nəticəsində tapdalanaraq ölüb.

Afrika filləri quruda yaşayan ən iri heyvanlar sayılır. Dişilərinin boyu bəzən 4 metrə çatır və saatda 40 km sürətlə hərəkət edə bilirlər ki, bu da onları hücum zamanı olduqca təhlükəli edir.