Lukaşenko Belarusda baş verənləri SSRİ-nin sonuna bənzətdi

Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, hazırda onun ölkəsi “dönüş anını” yaşayır.

O qeyd edib ki, Belarus “xaricdən ən sərt hücuma məruz qalıb”.

Lukaşenko ölkə tarxinin hazırkı dövrünü SSRİ-nin dağılması və onun nəticələri ilə müqayisə edib.

O bildirib ki, o zaman “tam ümidsizlik” idi və “daha heç bir şey yox idi”.

“Dönüş anı – insanların başlarında xaos. <…> Biz bütün bunlara qatlandıq. İndi də təxminən o cür dövr yaşayırıq”, – deyə Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, bu çətin dövr hələ başa çatmayıb, lakin belarus xalqı davam gətirəcək.

Bu məqaləni paylaş