Tehranın “İmam Xomeyni Beynəlxalq Hava Limanı” sabahdan etibarən fəaliyyətini bərpa edəcək.
Az.shafaqna.com xəbər verir ki, ilk olaraqİstanbul (Türkiyə) və Məsqət (Oman) istiqamətlərinə uçuşlar həyata keçiriləcək.
Qeyd olunur ki, həmin marşrutlar beynəlxalq reyslərin bərpası çərçivəsində ilk açılan istiqamətlərdəndir və uçuşların mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır.
Bu məqaləni paylaş
