Çin Ay missiyaları üçün yeni nəsil pilotlu kosmik gəmi üzərində işləyir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının Beşinci Tədqiqat İnstitutunda çalışan Şao Limin məlumat verib.

Onun sözlərinə görə, yaxın gələcəkdə bu yeni kosmik gəminin orbitə göndərilməsi və taykonavtların Yer ilə kosmos arasında hərəkəti üçün daha müasir platformanın yaradılması gözlənilir.

Şao Limin bildirib ki, son iki ildə Çin pilotlu Ay proqramını sürətlə inkişaf etdirir. O əlavə edib ki, yaxın zamanda çinlilərin Ay səthinə ayaq basmasının şahidi olmaq mümkün olacaq.