Gürcüstan və Ermənistan sərhəddə birgə idarəetmə mexanizmini müzakirə edib

Az.shafaqna.com xəbər verir ki, Gürcüstan və Ermənistan arasında sərhəd-keçid məntəqələrinin birgə idarə olunması ideyası ətrafında müzakirələr aparılıb.

Müvafiq məsələ ilə bağlı keçirilən görüşdə Gürcüstanın Maliyyə Nazirliyi yanında Gəlir Xidmətinin rəhbəri İrakli (Daçi) Beraya və Gömrük İdarəsinin rəisi Mixeil Çokoşvili, Ermənistan Dövlət Gəlir Komitəsinin sədri Eduard Hakobyan bir araya gəliblər.

Danışıqlar Qoqavani gömrük-keçid məntəqəsində keçirilib və tərəflər bu məntəqədə birgə idarəetmə mexanizminin tətbiqi imkanlarını nəzərdən keçiriblər. Layihə çərçivəsində müasir infrastrukturun qurulması, həmçinin sərnişin və nəqliyyat axınının daha rahat təşkili planlaşdırılır.

Bildirilir ki, yeni yanaşma gömrük prosedurlarını sadələşdirəcək və sərhədi keçmək üçün tələb olunan vaxtı azaldacaq. Bundan əlavə, tərəflər yük və nəqliyyat vasitələri barədə əvvəlcədən məlumat mübadiləsinin vacibliyini də vurğulayıblar.

Bu məqaləni paylaş