Az.shafaqna.com-un verdiyi xəbərə görə, Finlandiya hökuməti ölkə parlamentinə nüvə silahının idxalına, daşınmasına, çatdırılmasına və saxlanmasına icazə verilməsi ilə bağlı təşəbbüs irəli sürüb.
Rusiya mətbuatının məlumatına əsasən, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hökumət parlamentə “Atom enerjisi haqqında” qanuna və Finlandiyanın Cinayət Məcəlləsinə düzəlişlər edilməsini təklif edib.
Təklif olunan düzəlişlər səsverməyolu ilə təsdiqlənəcəyi təqdirdə Finlandiyanın müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və ya müdafiə əməkdaşlığı kontekstində nüvə silahının ölkəyə idxalına, daşınmasına, çatdırılmasına və saxlanmasına icazə veriləcək.
Bu məqaləni paylaş
