Yaxın zamanda Britaniyadakı mağazalara 2009-cu il 1 yanvar və ondan sonra doğulan hər kəsə tütün məmulatları satmaq qadağan ediləcək.
Az.shafaqna.com xəbər verir ki, Britaniya 2009-cu il 1 yanvar və daha sonra doğulan hər kəsə tütün məhsullarının satışını həmişəlik qadağan edən anti-tütün qanun layihəsini təsdiqləyib.
Həmin şəxslər üçün ömürlük siqaret, veyp və qızdırılan tütün almaq qadağası tətbiq olunur.
Tütün məmulatlarının satışı üçün minimum yaş həddi hər il bir il artırılacaq ki, bu da faktiki olaraq daha gənc nəsillər üçün bazarı həmişəlik bağlayır.
Bu, siqaretsiz nəsil formalaşdırmaq yolunda “tarixi addım” adlandırılıb. Sənəddə bir sıra tədbirlər nəzərdə tutulur, o cümlədən də uşaqlar olan avtomobillərdə, uşaq meydançalarında və məktəblərin yaxınlığında veypin qadağan edilməsi — gəncləri passiv siqaret tüstüsündən və veypdən qorumaq məqsədilə.
Anti-tütün qanun layihəsi ötən il təqdim edilmişdi və bildirilmişdi ki, onun məqsədi “asılılığın qapalı dairəsini qırmaqdır”.
