Cari ilin yanvar-mart aylarında Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 1,104 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Az.shafaqna.com Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75 milyon ABŞ dolları və ya 7,3% çoxdur.

Hesabat dövründə Çinlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,73%-ni təşkil edib. Beləliklə, Çin hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında üçüncü yeri tutub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Çinə məhsul ixracı 29,1 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 milyon ABŞ dolları və ya təxminən 25,4% çoxdur.