Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Olimpiya çempionu və Gürcüstan parlamentinin keçmiş üzvü Zuran Zviadauri Axmeta şəhərindəki münaqişə zamanı yaralanıb.

Qohumlarının sözlərinə görə, qonaqlığın içkili iştirakçıları arasında mübahisə başlayıb. Dava zamanı o, sinəsindən bıçaqlanıb.

Hazırda o, xəstəxanadadır.

Zviadauri müstəqil Gürcüstan tarixinin ilk Olimpiya çempionudur. O, 2004-cü ildə Afinada cüdo üzrə qızıl medal qazanıb. 2012-2016-cı illərdə isə “Gürcüstan arzusu” partiyasını təmsil edən deputat idi.