2025-ci ildə Avropa İttifaqında yaşayan immiqrantların sayı rekord həddə çatıd. Belə ki, artıq Avropa ölkələrində 64,2 milyon nəfər miqrant var ki, bu da əvvəlki illə müqayisədə 2,1 milyon nəfər çoxdur.
Az.shafaqna.com xəbər verir ki, bu barədə “RFBerlin” Miqrasiya Analizi Araşdırmaları Mərkəzinin hesabatında bildirilir.
Hesabata əsasən, Almaniya xarici mənşəli sakinlərin sayına görə Aİ-də ilk ölkə olaraq qalır — təxminən 18 milyon nəfər. Onların təxminən 72%-i əmək qabiliyyətli yaşdadır.
Eyni zamanda, son dövrdə ən sürətli artım İspaniyada qeydə alınıb: ölkədə immiqrantların sayı təxminən 700 min nəfər artaraq 9,5 milyona çatıb.
Araşdırmada qeyd olunur ki, Almaniya həm ümumi göstəricilər, həm də əhali sayına nisbətdə Avropada miqrantlar üçün əsas istiqamət olaraq qalır.
Hesabatda vurğulanır ki, Aİ daxilində miqrasiya olduqca qeyri-bərabər paylanıb: əhaliyə nisbətdə immiqrantların ən yüksək payı Lüksemburq, Malta və Kiprdə müşahidə olunur.
Sığınacaq üçün müraciətlərdə də oxşar vəziyyət hökm sürür — onlar məhdud sayda ölkədə cəmləşib. İspaniya, İtaliya, Fransa və Almaniyanın payına ümumi müraciətlərin təxminən 75%-i düşür.
Bununla yanaşı, Avropada ən çox qaçqın qəbul edən ölkə Almaniyadır — təxminən 2,7 milyon nəfər.
