Türkiyənin Ankara şəhərində hərbi təlim zamanı nəqliyyat helikopteri qəzaya düşüb.

Az.shafaqna.com xəbər verir ki, Türkiyə Quru Qoşunlarının Aviasiya Komandanlığına məxsus “CH-47” tipli helikopter uçuş zamanı hələlik naməlum səbəbdən qəza edib.

Rəsmi açıqlamada bildirilib ki, hadisə nəticəsində şəxsi heyət arasında xəsarət alan olmayıb.

Qəzanın səbəbləri isə aparılacaq araşdırmadan sonra dəqiqləşdiriləcək.