Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

“Az.shafaqna.com”un məlumatına görə, ilk oyun günündə “Sabah” “Gəncə” ilə üz-üzə gələcək.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə sabah “Abşeron Lions” və “Neftçi” komandaları münasibətləri aydınlaşdıracaqlar.