
Az.shafaqna.com xəbər verir ki, Rusiyada yeni məscidin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı ictimai müzakirələr keçirilib.
Müsəlmanlar üçün yeni ibadətgah Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində inşa ediləcək.
Məscid üçün ayrılan sahənin icazə verilən istifadə növü “dini ayinlərin icrası” və “dini idarəetmə və təhsil” kimi müəyyən edilib. Buna görə də məscidin yaxınlığında mədrəsənin də tikilməsi mümkün olacaq.






























