İsrail ordusu xristianları təhqir edib.

Az.shafaqna.com xəbər verir ki, Livan ərazisinə soxulan İsrail əsgərləri Dibəl yaşayış məntəqəsində yerləşən kilsəyə basqın edib.

Onlar xristian ibadətgahına qarşı hörmətsizlik ediblər. Əsgərlərdən biri kuvalda ilə İsa Məsihin (ə) heykəlinə, xüsusilə də heykəlin baş hissəsinə zərbələr endirərək heykəli sındırıb.

Bu şəkillər internetdə yayıldıqdan sonra məsələni müsəlmanların üzərinə yıxmağa çalışsalar da, sonradan yayılan kadrlarda İsrail əsgərinin əlində kuvalda ilə sözügedən ehtiramsızlığı etdiyi isbat edilib.

Həmin kadrlar dünya xristianlarının qəzəbinə səbəb olub.

Bu faktdan sonra İsrail ordusu baş vermiş faktı etiraf etməli olub.

Qeyd edək ki, həzrəti İsa peyğəmbər (s) həm müsəlmanlar üçün, həm də xristianlar üçün müqəddəs və peyğəmbər hesab edilir.