Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycanın daha bir yunan-Roma güləşçiləri Həsrət Cəfərov və Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.

Bu barədə Azərbaycan Güləş Federasiyasına xəbər verib.

Medal görüşləri sabah baş tutacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.