
Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.
Az.shafaqna.com xəbər verir ki, bu barədə hökumətin brifinqində açıqlama verilib.
Geladzenin namizədliyi yaxın sessiya həftəsində təsdiqlənmək üçün parlamentə göndəriləcək.
O, bu vəzifədə Mamuka Mdinaradzeni əvəz edəcək – Mdinaradze 3 sentyabr 2025-ci ildən DTX-yə rəhbərlik edirdi.
Qeyd edək ki, Geka Geladze 28 may 2025-ci ildən Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışır.






























