
Gürcüstanın yeni daxili işlər naziri Sulxan Tamazaşvili olub.
Az.shafaqna.com xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze məlumat verib.
Tamazaşvili bu təyinatadək Acarıstan Muxtar Respublikası Hökumətinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, bu təyinat hökumətdə aparılan son kadr dəyişiklikləri çərçivəsində reallaşdırılıb.






























