Gürcüstan hökumətində yeni bir vəzifə təsis edilir.

Az.shafaqna.com xəbər verir ki, hökumətin strukturuna Hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi əlavə olunacaq.

Bu yeni vəzifəni Mamuka Mdinaradze tutacaq.

Mdinaradzeyə eyni zamanda vitse-baş nazir səlahiyyətləri də veriləcək.

Qeyd edək ki, bu qərar ölkədə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı daha da möhkəmləndirmək məqsədi daşıyır və hökumət strukturunda aparılan son dəyişikliklərin bir hissəsidir.